Millət vəkili şəhidlərin anım tədbirlərində iştirak etdi - FOTO
Gəncə şəhərində 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Kazımov Xuduş Həsən oğlunun, Məmmədov İlkin Cəmil oğlunun və İbrahimov Murad Valeh oğlunun anım tədbirləri keçirilib.
Sfera.az xəbər verir ki, millət vəkili Pərvin Kərimzadə anım tədbirlərində iştirak edib. Gəncə şəhər Şəhidlər Xiyabanında uyuyan şəhid qəhrəmanlarımızın məzarları ziyarət olunub, xatirələri ehtiramla yad edilib. Millət vəkili şəhidlərimizin ailəsinə dərin hüzünlə baş sağlığı verib, şəhidlərimizlə hər zaman qürur duyulduğunu bildirib.
Pərvin Kərimzadə dövlət başçımız İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın hər zaman şəhid ailələri, qazilərimizə xüsusi diqqət və qayğı göstərdiklərini qeyd edib.
Qeyd edək ki, Kazımov Xuduş Həsən oğlu və Məmmədov İlkin Cəmil oğlu Murov Zirvəsi, Kəlbəcər rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib, şəhidlik zirvəsinə yüksəlib. Qəhrəman igidlərimiz 20 yanvar 2021ci il tarixində Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn olunub.
İbrahimov Murad Valeh oğlu Kəlbəcər rayonu və Xocavənd istiqamətlərində gedən döyüşlərdə iştirak edib, Kəlbəcər rayonunun Qaragöl istiqamətində (Çınqıllıq adlanan ərazi) şəhid olub. 23 yanvar 2021-ci il tarixində Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.






