Logo

Salyanda avtomobil aşdı, ata və oğul xəsarət aldı

Salyanda avtomobil aşdı, ata və oğul xəsarət aldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Salyan rayonunda avtomobil aşıb, ata və oğul xəsarət alıb.

Sfera.az xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun 79-cu kilometrliyində, rayonun Şorsulu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Masallı rayon sakini, 1976-cıil təvəllüdlü Rəhmətov Fuad Azadxan oğlu idarə etdiyi "Chevrolet” markalı avtomobillə hərəkətdə olan zaman anidən idarəetməni itirib və maşın yolun kənarına aşıb.

Qəza nəticəsində sürücü və onun sərnişini olan oğlu, 2006-cı il təvəllüdlü Rəhmətov Kənan Fuad oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

(report)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR