Logo

Xırdalandakı bu görüntü ilə bağlı araşdırma aparılır - FOTO

Xırdalandakı bu görüntü ilə bağlı araşdırma aparılır - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ağacların aşması ilə bağlı araşdırma aparılır.

Bu barədə Sfera.az-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Bildirilib ki, xidmətin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1A ünvanında "Progress-2016" MTK tərəfindən hündür mərtəbəli binanın tikintisi aparılarkən qazıntı işləri zamanı ərazidəki 5 ağacın aşdığı, 6 ağacın isə aşma təhlükəsi olduğu müəyyən edilib.

Regional Ekologiya İdarəsinin rəsmisi Fərid Piriyev bildirib ki, araşdırma zamanı təbiətə 2100 manat məbləğində ziyan dəydiyi məlum olub: "Faktla bağlı toplanmış sənədlər hüquq-mühafizə orqanlarına təqdim olunacaq".

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR