Logo

DSX əməliyyat keçirdi, saxlanılanlar var - FOTOLAR

DSX əməliyyat keçirdi, saxlanılanlar var - FOTOLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Dekabr ayının 23-də saat 03:10 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının "Horadiz” sərhəd dəstəsinin İmişli rayonunun Qaragüvəndikli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının ərazisində içərisində 2 nəfərin olduğu "Nissan Maxima” markalı 90-ZJ-055 dövlət nömrə nişanlı avtomobilin əraziyə yaxınlaşması, avtomobildəki şəxslərin düşərək özlərini şübhəli aparmaları sərhəd naryadının diqqətini cəlb edib.

Bu barədə Sfera.az-a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Sərhəd naryadının "Dayan” əmrinə tabe olmayaraq, ərazidən bağ­lama götürüb hadisə yerindən uzaqlaşmağa cəhd edən naməlum şəxslər saxlanılıblar.

Onların üzərlərinə baxış zamanı bir ədəd bağlamanın içərisində ümumi çəkisi 8 kiloqram 300 qram narkotik vasitəyə bənzər maddə aşkar olunaraq götürülüb. Avtomobilə baxış zamanı sağ qapı­nın saxlanc yerində bir ədəd xırda bükümdə narkotik vasitəyə bənzər "mari­xuana” aşkarlanıb.

Saxlanılan şəxslərin Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü Ağayev Ceyhun Səfər oğlu və Beyləqan rayon sakini , 1999-cu il təvəllüdlü Misirli Əli Misir oğlu olmaları müəyyənləşdirilib.

Fakt üzrə zəruri əməliyyat-istintaq hərəkətləri davam etdirilir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR