Fətullah Gülənin yelpikçisi həbs edildi - FOTOLAR
FETÖ terror təşkilatının lideri Fətullah Gülənin yelpikçisi sayılan Adəm Zəngin həbs edilib.
Sfera.az bildirir ki, sözügedən şəxs İzmirdə keçirilən əməliyyat zamanı saxlanılıb. Belə ki, Adəm Zənginin saxta kimliklə "Dokuz Eylül" Universitetinin xəstəxanasında müalicə alması ilə bağlı kəşfiyyat məlumatı daxil olub. COVİD-19 testi pozitiv çıxan Zənginin təxminən bir ay reanimasiyada qaldığı müəyyən edilib və keçirilən əməliyyatla nəzarətə alınıb.
Məlumata görə, Adəm xəstəxanadan buraxıldıqdan sonra, İzmir Terrorla Mübarizə Şöbəsinə aparılaraq sorğu-sual ediləcək.
Qeyd edək ki, 1990-cı illərdə FETÖ lideri Fətullah Gülənin çıxış edərkən "huşunu itirdiyi" anların görüntüləri yayılıb. Videoda Gülənin yanında oturan Adəm Zənginin əlindəki qəzeti yellədiyi və ağladığı görünüb.
Adəm Zəngin, həmçinin bir müddət FETÖ-nün bağlanan "Zaman” qəzetinin Qazaxıstan təmsilçisi olub və quruma dəstək verən dərnəyin baş katibi vəzifəsində çalışıb. Zənginin terror təşkilatının şifrlənmiş rabitə proqramı, "ByLock” istifadəçisi olduğu da müəyyən edilib.
Günay Rəsulqızı
Sfera.az






