Logo

İsmayıllıda “Söz mülkünün sultanı” adlı tədbir keçirildi - FOTO

İsmayıllıda “Söz mülkünün sultanı” adlı tədbir keçirildi - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bu gün İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzində İsmayıllı Regional Mədəniyyət İdarəsi tərəfindən dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə "Söz mülkünün sultanı” adlı tədbir keçirilib.

Sfera.az xəbətr verir ki, tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı, idarə, müəssisə ,təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Azərbaycan Respublikasında 2021-ci ilin "Nizami Gəncəvi İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına müvafiq olaraq, dahi şair və mütəfəkkir Nizami Gəncəvinin 880 illik yubileyinin qeyd olunması məqsədilə keçirilən tədbirdə ilk olaraq Nizami əsərlərini əks etdirən rəsm sərgisinə və "Nizami” kinofilmindən kiçik parçaya baxılıb.

Daha sonra Nizami Gəncəvinin poemalarından səhnələşdirilmiş parçalar təqdim olunmuş, rayonun və Respublikanın tanınmış mədəniyyət xadimlərinin ifasında görkəmli şairin şeirləri əsasında əsərlər səsləndirilmişdir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR