Logo

İsmayıllıda dəyirmi masa ətrafında görüşlər davam edir - FOTOLAR

İsmayıllıda dəyirmi masa ətrafında görüşlər davam edir - FOTOLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İsmayıllıda İƏD (İnzibati Ərazi Dairəsi) üzrə nümayəndəliklərdə özünüməşğulluq siyasətinin mövcud vəziyyəti və problemlər dəyirmi masa ətrafında müzakirə olunub.

Bu barədə Sfera.az-a icra hakimiyyətindən məlumat verilib.

Qeyd edilib ki, görüşdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı, 11 saylı Regional Ərazi Məşğulluq filialının müdiri, Dövlət Sosial Müdafiə Fondu İsmayıllı rayon şöbəsinin müdiri, 13 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin rəisi və İƏD üzrə nümayəndələr iştirak edib.

Heydər Əliyev Mərkəzində keçirilən  görüşdə işsizliyin aradan qaldırılması istiqamətində görülən tədbirlər ətrafında müzakirələr aparılıb. 11 saylı Regional Ərazi Məşğulluq filialı tərəfindən qeyd edilib ki, 327 nəfər özünəməşğulluq proqramına cəlb olunub. Onlardan 21-i şəhid ailəsi, 87 nəfəri isə qazilərdir. Bununla bərabər, əhalinin özünəməşğulluq proqramına cəlb olunmasında bəzi problemlərin də olduğu vurğulanıb. Görüşdə yerlərdə aztəminatlı ailələrin özünəməşğulluq proqramına cəlb olunması və səmərəli işin təşkili üçün İƏD üzrə nümayəndəliklərlə birgə əməkdaşlıq əlaqələrinin artırılması qərara alınıb.

Dövlət Sosial Müdafiə Fondunun İsmayıllı rayon şöbəsinin müdiri çıxışında əhalinin ünvanlı dövlət sosial yardıma cəlb olunması istiqamətində maarifləndirmə işinin daha da artırılması, eyni zamanda aidiyyəti qurumlarla birgə yerlərdə görüşlərin mütəmadi təşkil olunmasının əhəmiyyətinə toxunub.

Qeyd edək ki, görüşün əsas məqsədi sakinlərin problemlərinin aidiyyəti üzrə təşkilat rəhbərləri ilə yerində müzakirə etmək və həlli istiqamətində operativ işlər görmək olub. Bu məqsədlə İƏD üzrə nümayəndələrlə aidiyyəti təşkilatların qarşılıqlı qaydada işləmələri, həmçinin ümumi problemlərlə əlaqədar arayış hazırlanaraq aidiyyəti qurumlara göndərilməsi qərara alınıb. Bu kimi görüşlərin digər xidmət təşkilatları ilə də mütəmadi qaydada keçiriləcəyi nəzərdə tutulur.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR