Logo

Dəhşətli qəza: Müğənni Gülçin yaralandı, sevgilisi öldü - FOTOLAR

Dəhşətli qəza: Müğənni Gülçin yaralandı, sevgilisi öldü - FOTOLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyənin tanınmış müğənnisi Gülçin Ergül qəza keçirib.

Sfera.az bildirir ki, müğənninin sevgilisi, iş adamı Erdal Şeyda Lafçının sürdüyü maşın İzmir-İstanbul avtomagistralında TIR-a çırpılıb. Məlumata görə, avtomobil yağışlı havaya görə sürüşkən yolda nəzarətdən çıxıb. Ergülün sevgilisi hadisə yerində dünyasını dəyişib. Müğənni isə ilkin tibbi yardımdan sonra yaralı olaraq xəstəxanaya yerləşdirilib.

Gülçinin səhhətinin normal olduğu, yaxın günlərdə xəstəxanadan evə buraxılacağı bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Gülçin Ergül əvvəllər məşhur "Hepsi” qrupunun üzvü olub.

Türkan

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR