Logo

Fransanın səfiri Xarı Bülbül tablosunu qəbul etdi - FOTOLAR

Fransanın səfiri Xarı Bülbül tablosunu qəbul etdi - FOTOLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Fransanın Azərbaycandakı səfirliyində qadınlara qarşı gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq münasibəti ilə tədbir keçirilib.

Sfera.az xəbər verir ki, tədbirdə Fransanın Azərbaycandakı səfiri Zakari Qross çıxış edib. O, qadınların psixoloji, fiziki zorakılıqlara məruz qaldığını, iqtisadi qeyri-bərabərliklə, hökumətdə təmsilçiliklə bağlı məhdudiyyətlərlə üzləşdiklərini vurğulayıb.

"Qadınlara qarşı zorakılığa son” adı altında baş tutan tədbirdə qonaqlar sırasında tanınmış iş xanımı, "Liatris Holding”in rəhbəri, Azərbaycanda "Qadına şiddətə son!” layihəsinin təşəbbüskarı Ruhi Əliyeva da olub. R.Əliyeva  Şuşanın simvolu hesab edilən Xarıbülbülün təsvir olunduğu xüsusi əl işi tablosunu səfir Z.Qrossa hədiyyə edib.

Hədiyyəyə görə minnətdarlığını dilə gətirən səfir Xarıbülbülü Qarabağın gülü adlandırıb.

Tədbirdə çıxış edən Rasional İnkişaf Uğrunda Qadınlar Cəmiyyətinin sədri Şəhla İsmayıl Azərbaycanda qadınların gender əsaslı zorakılığına qarşı mübarizə çərçivəsində müəyyən işlər görülsə də, bunun kifayət etmədiyini vurğulayıb.

Tədbirə, həmçinin Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə, tanınmış fotoqraf Reza Deqati də qatılıb.

Rəsmi hissədən sonra isə iştirakçılar mövzu ətrafında fikir mübadiləsi aparıblar.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR