Logo

Naxçıvandakı ən yaxşı tank əleyhinə batareya - FOTO

Naxçıvandakı ən yaxşı tank əleyhinə batareya - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
"Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşma planı”na əsasən keçirilən yarışda batareyaların şəxsi heyətinin tam təchizatı, fərdi və qrup halında normativləri yerinə yetirmə bacarıqları yoxlanılıb.

Bu barədə Sfera.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Yarışda tank təhlükəli istiqamətdə açılma hədlərinin tutulması, şərti düşmənin hərəkətli və hərəkətsiz hədəflərinin məhv edilməsi tapşırıqları yerinə yetirilib.

Ümumi nəticələrə əsasən tank əleyhinə idarəolunan raketlər batareyası birinci olub.

Qalib batareyanın şəxsi heyəti Əlahiddə Ümumqoşun Ordu komandanlığı tərəfindən həvəsləndirilərək mükafatlandırılıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR