Logo

Tanınmış jurnalist ölkənin ən gözəl qızı seçildi – FOTOLAR

Tanınmış jurnalist ölkənin ən gözəl qızı seçildi – FOTOLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Kentukki ştatından olan jurnalist Elle Smit "Miss ABŞ – 2021” müsabiqəsinin qalibi seçilib. O, ölkəsini "Kainat Gözəli – 2021” müsabiqəsində təmsil edəcək.
 
Sfera.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
 
Smit 2020-ci ildə Kentukki Universitetini televiziya, radio və internet jurnalistikası ixtisası üzrə bitirib. İndi ABŞ-ın ən gözəl qızı Kentukki ştatının Louisville şəhərində yayımlanan yerli televiziya kanalı "WHAS11”in müxbiridir.
 
Təhsil aldığı müddətdə o, Qara Jurnalistlərin Milli Assosiasiyasının (NABJ) vitse-prezidenti olub.
 
Jurnalist dekabrın 12-də İsraildə keçiriləcək "Kainat Gözəli - 2021” beynəlxalq müsabiqəsində ABŞ-ı təmsil edəcək.
 
Aysel
Sfera.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR