Paşinyan onu özünə müavin təyin etdi - FOTO
Kateqoriya məlum deyil
Ambarçum Matevosyan Ermənistanın Baş nazirinin müavini təyin olunub.
Sfera.az "Sputnik Ermənistan”a istinadən xəbər verir ki, Matevosyan daha əvvəl Armavir vilayətinin qubernatoru vəzifəsini icra edib.
O, noyabrın 24-ü bu vəzifədən istefaya göndərilib.
Qeyd edək ki, Baş nazirin keçmiş müavini Suren Papikyan ölkənin müdafiə naziri təyin olunduqda bu vəzifə boş qalmışdı.






