Logo

Nahid Bağırov Avropa çempionu olmuş idmançımızla görüşdü - FOTOLAR

Nahid Bağırov Avropa çempionu olmuş idmançımızla görüşdü - FOTOLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bu gün İsmayıllı Rayon İcra Hakimiyyətində 26-27 oktyabr 2021-ci il tarixlərində Litvanın paytaxtı Vilnüs şəhərində qol güləşi üzrə keçirilən 30-cu Avropa çempionatında iştirak etmiş idmançımız İsgəndərov Nihat Eldəniz oğlu ilə görüş keçirilib.

Sfera.az xəbər verir ki, görüş çərçivəsində Nihat İsgəndərovun əldə etdiyi qələbədən və ölkəmizdə idmanın inkişafı üçün idmançılara göstərilən diqqətdən danışılıb.

Məlumat üçün bildirək ki, Azərbaycan yığmasının tərkibində iştirak edən idmançımız 50 kq çəki dərəcəsində sağ qol güləşi üzrə qızıl, sol qol güləşi üzrə isə gümüş medala layiq görülüb.

İdmançı Nihat İsgəndərov fəxri fərman və qiymətli hədiyyə ilə mükafatlandırılıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR