Selfi çəkərkən yıxılan qadını xilas etməyə gələn hərbi avtomobil uçuruma yuvarlandı - FOTO
Sfera.az bildirir ki, Rizenin Çamlıhemşin bölgəsində telefonu ilə selfi çəkən Saniye Kaplan adlı qadın müvazinətini itirərək 100 metrlik uçuruma düşüb. Vətəndaşların məlumatından sonra polis və sağlamlıq qrupları, o cümlədən Fövqəladə Halların İdarə Olunması Agentliyinin əməkdaşları hadisə yerinə gəlib və yaralı qadını xilas etmək üçün çalışmalara başlayıblar.
Jandarma komandanlığının əməkdaşı T.K-nın istifadə etdiyi "53 JAA 146” nömrəli hərbi maşın təcili yardıma yol vermək istəyəndə 150 metrlik uçuruma yuvarlanıb. Buna səbəb yolun sürüşkən olması və sükan arxasındakı şəxsin idarəetməni itirməsi olub. Qadın üçün səfərbər olan qruplar bu dəfə də əsgərin köməyinə qaçıblar. Yaralı qadın və sürücü təcili yardım vasitəsilə xəstəxanaya yerləşdirilib. Hazırda hər iki şəxsin müalicəsinin davam etdiyi qeyd edilib.
Günay Rəsulqızı
Sfera.az






