Logo

Polis əxlaqsızlıq yuvasına basqın etdi - Balkondan tullanıb qaçmaq istəyən azərbaycanlı qadının ayağı sındı

Polis əxlaqsızlıq yuvasına basqın etdi - Balkondan tullanıb qaçmaq istəyən azərbaycanlı qadının ayağı sındı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyədə Trabzon polis idarəsi insan alveri ilə mübarizə çərçivəsində əməliyyat keçirib.

Sfera.az bildirir ki, Ortahisar rayonu İsgəndərpaşa məhəlləsindəki evlərin birində fahişəlik edildiyi müəyyən olunub. Polis qrupları əldə etdikləri məlumata əsasən, məkana basqın ediblər. Onların evə girməyə çalışdıqlarını görən iki azərbaycanlı qadın balkondan tullanaraq qaçmağa cəhd ediblər. Qadınlardan biri yerə düşən zaman ayaq sümüyünü sındırıb və Fatih dövlət xəstəxanasına yerləşdirilib.

Sosial media vasitəsilə elan verərək müştəri təmin etdikləri deyilən Aynur E. (24) və Aytaj M. (23) adlı azərbaycanlı qadınlar barədə məhkəmə istintaqı başladılıb. Onların ifadələri alındıqdan sonra, deportasiya olunmaq üçün miqrasiya idarəsinə təhvil verildikləri  bildirilib.

Türkan

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR