Azərbaycanda yolsuzluq avtomobillərinin yürüşü keçirildi - FOTOLAR
Kateqoriya məlum deyil
Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı, "Regional İnkişaf” İctimai Birliyi (RİİB) və İsmayıllı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə yolsuzluq avtomobillərinin yürüşü keçirilib.
Sfera.az xəbər verir ki, Müzəffər Ordumuzun zəfərinə və Dövlət Bayrağı Gününə həsr olunmuş yürüş, Heydər Əliyev Mərkəzinin qarşısından start alaraq İsmayıllı şəhərinə qədər davam edib.
Məlumata görə, İsmayıllı şəhərində Heydər Əliyev parkının qarşısında yürüş iştirakçılarını İsmayıllı Rayon İcra Hakimiyyətinin nümayədələri, RİİB könüllüləri və şəhər sakinləri qarşılayıb.






