“Qış parkı”nın işçisi 10 metrlik quyuya düşdü - FOTOLAR
Kateqoriya məlum deyil
Bakının Nəsimi rayonunda, "Qış parkı” ərazisində işçi 10 metrlik quyuya düşüb.
Sfera.az xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri, təcili tibbi yardım həkimləri və polis əməkdaşları cəlb edilib.
Xilasedicilərin səyi nəticəsində quyuya düşən şəxs çıxarılıb.
Həmin şəxsin 44 yaşlı Sahib Quliyev olduğu deyilir. Onun parkda iş görərkən müvazinətini itirərək yıxıldığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.






