İsmayıllıda şəhid bulağının açılışı oldu - FOTO
Kateqoriya məlum deyil
Bu gün daha bir şəhidimizin şəhadətə qovuşduğu gündür.
Sfera.az xəbər verir ki, bu münasibətilə İsmayıllının Xəlili kəndində şəhid Müseyibli Ülvinin xatirəsinə inşa edilmiş bulağın açılışı olub.
Anım mərasimində Xəlilli kənd tam orta məktəbin şagirdləri ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.
Daha sonra şəhidin evində onun xatirəsinə yaradılmış muzeylə tanış olunub və şəhidin "Xocavəndin azad olunmasına görə” medalını ailəsinə təqdim edilib.
Dərin hörmət və ehtiramla anırıq!






