Türkiyə "S-400"ə rəqib göstərilən SİPER-i uğurla testdən keçirdi - VİDEO
Sfera.az bildirir ki, yerli S-400 adlandırılan SİPER-in görüntüləri ilk dəfə yayımlanıb.
Bu barədə Türkiyə Prezident Administrasiyasının Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Demir "Twitter” hesabında paylaşım edib. O, "Uzun mənzilli və çox qatlı milli hava hücumundan müdafiə sistemimiz olan SİPER-in inkişafında daha bir mərhələni uğurla başa vurduq", - deyə qeyd edib.
İsmayıl Demir 2023-cü ilin inventarına daxil edilməsi planlaşdırdılan SİPER-in Türkiyənin səmasını ən çətin təhdidlərdən və təhlükələrdən qoruyacağını vurğulayıb.
"Hava hücumundan müdafiə sistemlərimizi daha yüksək səviyyələrə çatdırırıq. SİPER-lə hədəflərimizə çatmaq üçün daha bir testi gerçəkləşdirdik. Ölkəmizdə 5-6 növ hava hücumundan müdafiə sisteminin fəaliyyət göstərməsinə nail olacağıq”, - deyə o əlavə edib.
Qeyd edək ki, sözügedən sistemin S-400-lə rəqabət apara biləcək səviyyədə olması nəzərdə tutulur.
Günay Rəsulqızı
Sfera.az






