Logo

Şəhidə qarşı hörmətsizlik: Məzar daşına "PKK" yazdı, fotosunu çəkib paylaşdı

Şəhidə qarşı hörmətsizlik: Məzar daşına "PKK" yazdı, fotosunu çəkib paylaşdı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyədə şəhid məzarına qarşı hörmətsizlik edilib.

Sfera.az bildirir ki, 2015-ci ildə terror aktı nəticəsində dünyasını dəyişən Emre Kaan Arlının qəbir daşına kimliyi bəlli olmayan şəxs tərəfindən "PKK” sözü yazılıb. Həmin şəxs bununla yetinməyərək, məzarın fotosunu çəkərək  sosial media hesabından paylaşıb.

Hadisəni öyrənən şəhid atası Şaban Arlı kədərlədiyini ifadə edərək  məzara hörmətsizlik edən şəxsin tapılmasını istəyib.

"Səhər saatlarında qəbiristanlığa gəlsəm də, yazının silindiyini gördüm. Amma edilən hərəkət məni ağlamağa vadar etdi. PKK-ya qarşı hər zaman dediyimiz bir söz var -  Nə etsələr də, qələbə bizim olacaq. Biz dövlətin mübarizəsinə inanırıq. Övladım şəhid oldu, ancaq mən də hazır əsgər kimi buradayam”, - deyə şəhid atası əlavə edib.

Faktla bağlı Kocaeli polis idarəsinin araşdırmalara başladığı qeyd edilib.

Günay Rəsulqızı

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR