“BMW” “Hyundai”la toqquşdu, maşınlar meşəliyə aşdı - FOTOLAR
Kateqoriya məlum deyil
Qaxda iki minik avtomobili toqquşaraq meşəlik əraziyə aşıb.
Sfera.az xəbər verir ki, hadisə Qax-Zaqatala yolunun Süskənd kəndi ərazisindən keçən hissəsində baş verib.
Belə ki, eyni istiqamətdə hərəkətdə olan "BMW” və "Hyundai” markalı avtomobillər toqquşub. Maşınlar yoldan çıxaraq meşəlik əraziyə aşıb. Hadisə yerinə təcili yardım və polis əməkdaşları cəlb olunub.
Hadisənin səbəbləri araşdırılır.
(Qafqazinfo)






