Logo

“Demokratiya zirvəsi”nə Azərbaycan və Türkiyə dəvət olunmadı - SİYAHIda hansı ölkələr var?

“Demokratiya zirvəsi”nə Azərbaycan və Türkiyə dəvət olunmadı - SİYAHIda hansı ölkələr var?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
ABŞ prezidenti Co Baydenin təşəbbüsü ilə dekabrın 9-10-da "Demokratiya zirvəsi” keçiriləcək. Onlayn formatda təşkil olunacaq sammitə bir sıra ölkələr dəvət olunub. Bunlar arasında Ermənistan da var. Lakin Azərbaycan və Türkiyə siyahıda yer almayıb.

Sfera.az bildirir ki, siyasi şərhçi Şahin Cəfərli dəvətlilər sırasında Türkiyənin yer almamasını haqsızlıq kimi qiymətləndirib:

"Türkiyədə son illər hüquq dövləti, insan haqları, demokratik inkişaf sahəsində ciddi reqres baş versə də, demokratik seçki institutu hələ işləyir. Bunu 2019-cu ildə yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilər də göstərdi. Türkiyənin demokratik institutları - siyasi partiyalar, QHT-lər və s. toplantıya dəvət alan bir çox dövlətin, o cümlədən Ermənistan, Gürcüstan, Pakistan kimi ölkələrin müvafiq institutlarından daha güclüdür. Türkiyə demokratik dövlətlərin ittifaqı olan NATO-nun üzvü, Avropa Birliyinə namizəd ölkə olaraq qalır”.

Ş.Cəfərlinin sözlərinə görə, Türkiyəni Rusiya və digər avtokratik ölkələrlə, diktaturalarla bir sıraya qoymaq yanlışdır:

"Böyük ehtimalla bu məsələdə Türkiyə prezidentinin şəxsinə münasibət, onun avtoritar lider kimi qəbul olunması rol oynayıb. Ümumiyyətlə, bu tip siyahıların hazırlanmasında subyektivizm amili və müəyyən maraqlar hər zaman rol oynayır”.

Günay Rəsulqızı

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR