İranla ABŞ arasındakı "neft oğurluğu" gərginliyi BÖYÜYÜR - VİDEO
ABŞ-ın Oman dənizində İrana məxsus neft tankerini ələ keçirmək cəhdinin İnqilab Keşikçiləri Ordusunun müdaxiləsi ilə qarşısının alınmasına dair iddiaları ehtiva edən görüntülər yayılıb.
Sfera.az xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.
Yayımlanan videoda İnqilab Keşikçiləri Ordusunun qüvvələrinin qırmızı neft tankerini kiçik sürətli qayıqlarla mühasirəyə aldığı görüntülər yer alıb. Görüntülərdə ABŞ-a məxsus döyüş gəmiləri olduğu iddia edilən bəzi gəmilər də əks olunub.
İranın neft tankerinin Vyetnama aid olduğu iddia edilsə də, hadisənin oktyabrın 25-də baş verdiyi bildirilir.
Qeyd edək ki, İran dünən ABŞ-ın Oman dənizində İrana məxsus neft tankerini ələ keçirməyə cəhd etdiyini, lakin buna nail ola bilmədiyini iddia edib.
Turan Rzayev
Sfera.az






