Logo

Braziliyalı deputat Gəncədə törədilən terror hadisələrinin baş verdiyi ərazilərdə olub - FOTOLAR

Braziliyalı deputat Gəncədə törədilən terror hadisələrinin baş verdiyi ərazilərdə olub - FOTOLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Braziliyalı millət vəkili, Milli Konqresin Senatının Braziliya-Azərbaycan parlamentlərarası əməkdaşlıq üzrə dostluq qrupunun rəhbəri Antonio Anastasiya Gəncə şəhərində səfərdədir.

Sfera.az xəbər verir ki, deputat Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən Gəncədə törədilən terror hadisələrinin baş verdiyi ərazilərə baş çəkib.

Qonaq erməni terroru nəticəsində həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq dağıntılar olan əraziyə güllər düzüb. Ona hadisə barədə Milli Məclisin deputatı Müşviq Cəfərov məlumat verib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR