Logo

Gəncədə Türkiyənin Cümhuriyyətinin bayramı qeyd olundu - FOTO

Gəncədə Türkiyənin Cümhuriyyətinin bayramı qeyd olundu - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Gəncədə Məhsəti Gəncəvi Mərkəzində Türkiyə Cümhuriyyətinin elan olunmsının 98-ci ildönümü münasibətilə qardaş ölkənin Gəncədəki Baş konsulluğu tərəfindən bayram tədbiri təşkil edilib.

Sfera.az-ın məlumatına görə, tədbirə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyə Cumhuriyyətinin Gəncədəki Baş konsulu Zəki Öztürk, şəhər ziyalıları və konsulluğun və yerli rəsmi dairələrin nümayəndələri qatılıb.

Tədbirdə ilk olaraq hər iki ölkənin Vətən uğrunda canlarından keçən Şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib, Azərbaycan və Türkiyə Respublikalarının dövlət himnləri səsləndirilib.

Sonra Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Türkiyənin xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə göndərdiyi təbrik məktubu oxunub.

Türkiyənin Gəncədəki Baş konsulu Z.Öztürk çıxış edərək, türk xalqının istiqlal mübarizəsindən, Türkiyə  Respublikasının bugünkü inkişaf və tərəqqisindən Türkiyənin dost və qardaş Azərbaycanla əlaqələrinin inkişafından danışıb.

Bildirilib ki, hər zaman olduğu kimi Vətən müharibəsi zamanı da, müharibədən sonrakı mərhələdə də hər iki ölkə başçılarının səyləri nəticəsində bu qardaşlıq münasibətləri daha da inkişaf edib.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı N.Bayramov tədbirdə çıxış edərək bu günkü gün münasibətilə qardaş ölkəni təbrik edib, İnkişaf və tərəqqi arzulayıb.

Daha sonra ziyalılar, digər rəsmi şəxslər də çıxış edərək konsulluğun timsalında Türkiyə xalqına təbriklərini çatdırıblar.

Qeyd edək ki, 1923-ci il oktyabrın 29-da Türkiyə Böyük Millət Məclisi Cümhurriyyəti elan edib, 1925-ci ildə isə bu günün türk dövlətinin yaranması günü kimi qeyd olması barədə qanun qəbul olunub.

Sfera.az

Sami Süleymanlı

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR