Logo

Kriştiano Ronaldo ikinci dəfə əkiz atası olacaq - FOTO

Kriştiano Ronaldo ikinci dəfə əkiz atası olacaq - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Dünya şöhrətli futbolçu Kriştiano Ronaldo 2-ci dəfə əkiz atası olacaq.

Sfera.az bildirir ki, bu barədə futbolçu özü məlumat verib. O, sosial şəbəkədə sevgilisi Corcina Rodriqezlə birlikdə olan fotolarını paylaşaraq sevincini izləyiciləri ilə bölüşüb. İdmançı paylaşımına "ürəyimiz sevgi ilə doludur, sizinlə tanışmaq üçün səbrsizlənirəm”, qısa şərhini əlavə edib.

Qeyd edək ki, Ronaldo 6-cı dəfə ata olmağa hazırlaşır. Uşaqlarından biri hazırkı sevgilisi Corcinadan (Alana Martina adlı 4 yaşlı qızı), ikisi surroqat anadan ( Yeva və Mateo adlı əkizləri), biri isə (Kriştiano adlı 11 yaşlı oğlu) əvvəlki münasibətindəndir.

Türkan

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR