Logo

"Biz bu məsuliyyəti şərəflə daşıyırıq" - Elnur Allahverdiyev

"Biz bu məsuliyyəti şərəflə daşıyırıq" - Elnur Allahverdiyev
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Tarixi köklərə və birgə irsimizə əsaslanan Türkiyə-Azərbaycan strateji münasibətləri özünün ən parlaq çağını yaşayır. Biz bütün dünyaya "Bir millət, iki dövlət" düsturunun siyasi, mənəvi, diplomatik, hərbi, iqtisadi müstəvidə uğurla reallaşdırmağın mümkünlüyünü isbat edirik. Bu tarixi missiyada xalqlarımızla yanaşı ölkələrimizin hakim siyasi partiyalarının üzərinə böyük məsuliyyət düşür. Biz bu məsuliyyəti şərəflə daşıyırıq!"

Sfera.az xəbər verir ki, bunu bu gün millət vəkili Elnur Allahverdiyev "QARABAĞ SAVAŞI: AZƏRBAYCAN-TÜRKİYƏ QARDAŞLIĞININ NÖVBƏTİ TƏNTƏNƏSİ” mövzusunda videokonfransda iştarkı zamanı deyib.

Konfrans Azərbaycanın və Türkiyənin hakim siyasi təşkilatları - Yeni Azərbaycan Partiyası və Ədalət və İnkişaf Partiyasının birgə təşkil etdikləri Vətən müharibəsindəki Zəfərimizin ildönümünə həsr olunub.

Yeni Azərbaycan Partiyası Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov və AK Partiya  Sədrinin birinci müavini, İstanbul millət vəkili Numan Kurtulmuşun rəhbərliyi ilə məruzəçilər Vətən müharibəsi günlərində dövlətlərimizin nümayiş etdirdikləri birlik və qələbə əzminə dair mövzularda çıxışlar ediblər.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR