Logo

Pərvin Kərimzadənin seçicilərlə görüşləri davam edir - FOTO

Pərvin Kərimzadənin seçicilərlə görüşləri davam edir - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Azərbaycan Respublikası Milli Məclisinin 37 saylı seçki dairəsindən  seçilən deputatı  Pərvin Kərimzadə YAP Gəncə şəhər təşkilatının inzibati binasında növbəti dəfə vətəndaş qəbulu keçirib.

Mütəmadi olaraq seçicilərlə görüşən, onların problemlərini dinləyən millət vəkili ayrı-ayrılıqda vətəndaşları qəbul edib, onları narahat edən məsələlərin həlli istiqamətində müvafiq işlərin görüləcəyini bildirib. Seçicilərin problemləri, onları narahat edən məsələlər dinlənilərək qeydə alınıb.

Qəbulda seçicilər əlillik dərəcəsinin, sosial müavinətin alınması, xəstəliklə bağlı müalicə olunması, məşğulluq və digər məsələlərlə əlaqədar müraciətlər ediblər.

Sonda deputat Pərvin Kərimzadə bəzi məsələləri yerindəcə həll edib, digərlərini isə aidiyyatı qurumlara göndərəcəyini bildirib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR