Logo

Məşhur aktyor rejissoru öldürdü - FOTO

Məşhur aktyor rejissoru öldürdü - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Amerikalı məhşur aktyor Alek Boldvinin yeni filminin çəkilişləri zamanı bir nəfər ölüb, bir nəfər yaralanıb.

Sfera.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bolduin "Rust" filmində səhnə çəkilişi zamanı boş tapançadan atəş açıb. Lakin tapançadan çıxan güllə həm operatora, həm də filmin rejissoruna dəyib.

Yaralılar xəstəxanaya çatdırılıb. Atəş zamanı filmin 42 yaşlı quruluşçu rejissor Alina Xatçins isə ağır xəsarət alaraq həyatını itirib. Operator isə körpücük sümüyündən yaralanıb. Onun sağlamlıq durumu ilə bağlı açıqlama verilməyib.

Hadisədən sonra istehsal şirkəti çəkiliş prosesini dayandırdığını açıqlayıb. Faktla bağlı araşdırma aparılır.

Turan Rzayev

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR