Logo

Aviaşirkətin işçiləri maaş azlığına görə etiraz aksiyası keçirdilər: Küçədə soyundular - FOTOLAR

Aviaşirkətin işçiləri maaş azlığına görə etiraz aksiyası keçirdilər: Küçədə soyundular - FOTOLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İtalyan aviaşirkəti "Alitalia"nın onlarla işçisi Roma meydanında etiraz aksiyası keçirib.

Sfera.az bildirir ki, həm aviaşirkətin bağlanmasına, həm də yeni yaradılan şirkətin (İTA) 10 min işçisindən 3 mininin aşağı əmək haqqı almasına etiraz edənlər geyimlərini, hündürdaban ayaqqabılarını çıxarıb, "Biz "Alitalia"yıq” deyərək qışqırıblar.

Aksiyada təxminən 50-yə yaxın keçmiş işçi gecə geyiminə bənzər paltarla aviaşirkətin qərarına diqqət çəkib.

Qeyd edək ki, uzun illərdir maliyyə böhranı ilə üzləşən və COVID-19 pandemiyasının təsirsiz ötüşmədiyi İtaliyanın 75 illik "Alitalia” aviaşirkəti oktyabrın 15-dən etibarən fəaliyyətini dayandırıb. İtaliyanın yeni hava yolu şirkəti olan "ITA” varisi "Alitalia”dan daha kiçikdir.

Günay Rəsulqızı

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR