Logo

Anası qız uşağını dayənin yanına atıb getdi - Azərbaycanda

Anası qız uşağını dayənin yanına atıb getdi - Azərbaycanda
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycanda daha bir valideyn azyaşlı övladını atıb.

Bu barədə Sfera.az-a "Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyindən məlumat verilib. Bildirilib ki, sığınacağa bu dəfə dayə tərəfindən qız uşağı təhvil verilib.

"Dayə 8 gün saxladığı uşağın anasının gəlmədiyini görüb sığınacağa gətirdi. Dayə bildirir ki,uşağın anası ona müvəqqəti baxması üçün tapşırıb və artıq 8 gündür ki, nömrəsinə zəng çatmır. Hazırda uşaq sığınacaqdadır. Valideyn və ya qohumlarından kim tanıyırsa, 055 314 35 15 nömrəsi ilə əlaqə saxlanmasını xahiş edirik”, - deyə məlumatda qeyd edilib.

Sığınacaqdan həmçinin, bu haqda polisə məlumatın verildiyi deyilib.

Günay Rəsulqızı

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR