Tbilisi teleqülləsi Azərbaycan bayrağının rənglərinə büründü - FOTOLAR
Kateqoriya məlum deyil
Oktyabrın 18-də Gürcüstanın paytaxtı Tbilisinin əsas rəmzlərindən biri olan televiziya qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.
Sfera.az xəbər verir ki, aksiya Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 30-cu ildönümü münasibətilə təşkil olunub.
Axşam saatlarından etibarən teleqüllə göy, qırmızı və yaşıl rənglərdə işıq saçmağa başlayıb.






