Azərbaycanda yeni dəb: Xanımlar çantalarına bu misraları yazdırır - FOTO
"Gənclər çiyin çantalarının üzərinə şairlərin misralarını toxuyurlar. Mənim də ortalıqda avaralanan bir neçə misramı xanımlar üçün sözün həqiqi mənasında tikdikləri torbalara həkk ediblər”.
Sfera.az bildirir ki, bunu tanınmış şair Aqşin Yenisey deyib. O, bu cür şeylərin dünyada çoxdan olduğunu vurğulayıb:
"Üstündə şeir, aforizm olan köynəklər, divarları misralar, yaxud məşhur rəsm əsərləri ilə bəzədilmiş, kafe, restoran divarları və s. Hətta mən bir dəfə haradasa üstündə dünya tarixindən bilgilər həsr olunmuş tualet kağızı da görmüşdüm. Proses boyunca da xeyli bilgi əldə etmişdim. Bu dəqiqə ən rahat bilgi əldə etməyin yollarından birini də tualet kağızlarının oxunaqlı istehsalında görürəm. Boşuna israf olunur o qədər kağız”.
A.Yenisey bu istiqamətdə təklifini də irəli sürüb:
"Təklifim budur ki, bizim "torbatikənlər", sadəcə, misralarla kifayətlənməsinlər. Yeni çıxan kitabları, jurnalları, qəzetləri, teatr afişalarını, kinoteatrlarda göstərilən filmləri də öz torbalarının üstünə həkk etsinlər”.
Türkan
Sfera.az






