Logo

Məşhur professor "Azər Maya"da təcrübələrini bölüşdü - FOTO

Məşhur professor "Azər Maya"da təcrübələrini bölüşdü - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Azər Maya İstehsal" QSC qida təhlükəsizliyinin daha da yaxşılaşdırılması istiqamətində işləri davam etdirir.

Sfera.az xəbər verir ki, Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf üzrə Federal Nazirliyinin dəstəyi ilə fəaliyyət göstərən SES (Senior Experten Servise) təşkilatı və "Azər Maya İstehsal” QSC  arasında təcrübə mübadiləsi proqramı həyata keçirilib. Belə ki, təşkilatın üzvü, professor Kristof Martin "Azər Maya"da təcrübəsini bölüşüb.

35 ildən artıq zəngin təcrübəyə malik ekspert mübadilə proqramı çərçivəsində "Azər Maya"nın texniki auditinin həyata keçirilməsi, qida əlavələrinin araşdırılması və bu kimi digər fəaliyyətlərin həyata keçirilməsində yerli mütəxəssislərə treninqlər və məsləhətlər verib.

Bu treninqlər nəticəsində "Azər Maya"da fermentasiya və mikrobiologiya sahəsində zəngin təcrübənin tətbiq edilməsində önəmli məlumatlar əldə edilib.

Qeyd edək ki, Kristof Martin indiyədək Cənubi Koreya, Braziliya, Pakistan və bir sıra Avropa ölkələrində istehsalat müəssisələrinin qurulmasında fəal iştirak edib.

1973-cü ildə fəaliyyətə başlamış keçmiş Bakı Bulka-Maya zavodunun bazasında 1997-ci ilin may ayında tam özəlləşdirilmiş müəssisə olan Azər Maya yaradılıb. Beynəlxaq əməkdaşlığa önəm verən Azər Maya hazırda Fransa-Azərbaycan və "American Chamber of Commers"in üzvüdür.

"Azər Maya İstehsal” QSC istehsal etdiyi preslənmiş xəmir mayası ilə Azərbaycan Respublikasının tələbatını tam ödəməklə yanaşı, yüksək texnoloji standartlarla  istehsal edilən mayanı qonşu dövlət olan Gürcüstan Respublikasına da ixrac edir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR