Müəllimlər günü ilə bağlı ən gözəl TƏBRİK - FOTO
Nardaran 295 nömrəli tam orta məktəbin məzunu Rizvan Xəlilov həmin məktəbin çoğrafiya müəllimi Səbahət Həsənovaya açıq məktub ünvanlayıb.
Məktubda deyilir:
"Salam, hörmətli Səbahət müəllim!
Siz, mənim taleyimdə müstəsna rolu olan insanlardansınız. Üç il sinif rəhbərim kimi əziyyətimi çəkmiş, mənə peşə seçimimdə xeyir-dua vermiş və bu yolda daim yanımda olmuş qayğıkeş müəllimimsiniz!
Uğurlarımın arxasında Sizin illər boyu çəkdiyiniz gərgin zəhmət dayanır.
Siz həm müəllim, həm pedaqoq, həm də bir insan kimi uğurlara öz gərgin zəhmətiniz, istedadınız, ən əsası isə müəllimliyə və insanlara olan sevginiz sayəsində nail olmusunuz.
Siz böyük bir bilik xəzinəsinə, yüksək daxili mədəniyyətə, nəcibliyə, insansevərliyə, zəhmətsevərliyə, elmsevərliyə, həmişə öyrənmək və öyrətmək həvəsinə və bir çox ali insani keyfiyyətlərinə maliksiniz.
Siz daim, həm müəllim, həm də insan kimi şagirdlərinizin yanında olursunuz. Kiminə dostluq əli uzadır, kiminə ana qayğısı göstərir, kiminə dəstək olur, müdafiə edirsiniz. Dəfələrlə mən bunların canlı şahidi olmuşam. Yetirmələriniz barədə həmişə iftixar hissi ilə söhbət açırsınız.
Hörmətli Səbahət müəllim mənə öyrətdikləriniz və çəkdiyiniz bütün zəhmətlər üçün minnətdaram! Mən sizi müəllimlər günü münasibətlə təbrik edirəm. Allah sizi qorusun!
Dərin hörmətlə, Sizin şagirdiniz Rizvan Xəlilov
Nardaran 295 nömrəli tam orta məktəbin məzunu".






