Logo

Siyəzəndə Xaçmaz sakinindən “patı” və marixuana aşkarlandı - FOTO

Siyəzəndə Xaçmaz sakinindən “patı” və marixuana aşkarlandı - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Siyəzən Rayon Polis Şöbəsinin və BDYP İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Sfera.az-a verilən məlumata görə, əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Xaçmaz rayon sakini Anar Əsədov Siyəzən rayon Zarat stasionar postu ərazisində saxlanılıb. Həmin şəxsin üzərinə və özünə məxsus avtomobilinə baxış keçirilən zaman "patı”, "şüşə” adlanan narkotik vasitə metamfetamin və marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı istintaq aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR