Logo

"Legiya" artıq Emrelidən pul da qazanır - FOTOLAR

"Legiya" artıq Emrelidən pul da qazanır - FOTOLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Varşavanın "Legiya" klubu satışa yeni idman geyimləri çıxarıb.

Sfera.az "Fanat.Az"-a istinadən xəbər verir ki, cəlbediciliyi artırmaq üçün geyimlərin təqdimatı millimizin üzvü Mahir Emrelinin vasitəsilə həyata keçirilib.

Satışa Mahirin imzası olan xatirə köynəkləri buraxılıb. Söhbət Konfrans Liqasında İngiltərə "Lester"i ilə oyunda komandasına qələbə qazandıran yeganə qolun müəllifi olan hücumçumuzun matçdan sonra geyindiyi köynəkdən gedir. "Legiya" azarkeşləri 89.99 Polşa zlotu (təxminən 39 AZN) ödəməklə həmin köynəkləri əldə edə bilər.

Nisbətən qalın və həm ağ, həm də qara rəngdə olan geyimlər isə 82 AZN-ə satışa çıxarılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR