Logo

Tanınmış aparıcı “Qarabağ ilmələrdə” layihəsində - FOTO

Tanınmış aparıcı “Qarabağ ilmələrdə” layihəsində - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Tanınmış xəbər aparıcısı Alida Mustafayeva maraqlı bir layihənin qonağı olub.

Sfera.az bildirir ki, bu barədə aparıcı özü məlumat verib.

"Bu toxunan xalça səyyar toxuma briqadası ilə bütün Azərbaycanı gəzəcək və hər ona ilmə atan şəxsin adı siyahıya alınacaq. Hazır xalça isə Şuşada nümayiş etdirilib, orada həmin siyahı ilə birgə muzeyə veriləcək”, - deyə Mustafayeva qeyd edib.

O bildirib ki, torpaqlarımızın işğaldan azad olunmasının 1 illiyi münasibətilə ərsəyə gələn "Qarabağ ilmələrdə” layihəsi çərçivəsində toxunan sözügedən "Çələbi” xalçasına bir neçə ilmə də özü atıb:

"Deyim ki, xalça toxumaq heç də asan iş deyil, amma maraqlıdır. Olduqca xoş təsir bağışladı. Orxan Cabbarlı, ideya möhtəşəmdir! Azərbaycan Televiziyası isə belə vətənpərvər addımlara hər zaman dəstək olur”.

Türkan

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR