Logo

Azərbaycanda veteran futbolçu vəfat etdi - FOTO

Azərbaycanda veteran futbolçu vəfat etdi - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Neftçi" klubunun və Azərbaycan milli komandasının keçmiş futbolçusu Vladislav Lemiş vəfat edib.

Sfera.az xəbər verir ki, sabiq hücumçu 51 yaşında ikən dünyasını dəyişib.

Bakıda "Əmək ehtiyatları" futbol məktəbinin yetirməsi olmuş Lemiş "Neftçi"nin heyətində 1988-1989-cu illərdə çıxış edib. 1987-ci ildə isə o, yeniyetmələr arasında dünya çempionu olub. Forvard Rusiyanın müxtəlif komandalarında, həmçinin İspaniyanın "Palamos" klubunda forma geyinib.

Karyerasını başa vurduqdan sonra Lemiş Krasnodarda yaşayıb, həvəskar və tələbələrdən ibarət komandalarda baş məşqçi olub, habelə Kuban Dövlət Aqrar Universitetində müəllim kimi çalışıb. O, 1992-ci ildə Rusiya yığmasının ilk oyununda meydana çıxıb, habelə 1994-cü ildə Azərbaycan millisində 1 görüş keçirib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR