Əkinçilik Elmi-Tədqiqat İnstitutuyla əməkdaşlıq müqaviləsi imzalandı - FOTO
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi Tədqiqat İnstitutu ilə "Azorganik" Kənd Təsərrüfatı istehsal-istehlak kooperativi və "Etalon Agro” MMC arasında görüş keçirilib.
Sfera.az xəbər evrir ki, görüşdə institutun direktoru Faiq Xudayev taxılçılıq sahəsində görülən seleksiya və toxumçuluq işləri, rayonlaşmış və dövlət reyestrində olan taxıl sortlarının üstünlükləri haqqında məlumat verib.
"Azorganik" Kənd Təsərrüfatı istehsal - istehlak kooperativinin direktoru Faiq Osmanlı rəhbərlik etdiyi qurumun kənd təsərrüfatı sahəsindəki fəaliyyəti, əldə edilmiş nailiyyətlər haqqında geniş məlumat verərək Əkinçilik Elmi-Tədqiqat İnstitutu ilə əməkdaşlığa maraqlı olduqlarını bildirib.
"Etalon Agro” MMC-nin direktoru Laçın Novruzov isə dövlət və özəl sektorun birgə fəaliyyətinin səmərəsindən və gələcəkdə reallaşdırılacaq layihələrin prespektivindən söz açaraq, bu birgə işin bölgə fermerlərinin əkin bacarıqlarının formalaşmasına veriləcək töhfələrindən geniş söz açıb.
Sonda Əkinçilik Elmi-Tədqiqat İnstitutu ilə, "Azorganik" Kənd Təsərrüfatı istehsal - istehlak kooperativi və "Etalon Agro”MMC arasında qarşılqılı əməkdaşlıq haqqında müqavilə imzalanıb.
Müqaviləyə əsasən, tərəflərin razılığı ilə institutun 40 hektarlıq ərazisində müxtəlif gübrə normaları ilə nümayiş əkinləri, taxıl bitkiləri üçün nümayiş əkinləri təşkil edəcək, ictimaiyyətə açıq tarla platformasında digər fermerlər üçün tərəflər arasında razılaşdırılmış və təsdiqlənmiş tədbirlər planına uyğun elmi-praktiki seminarlar, tarla günləri və təlimlər təşkil olunacaq.
Qeyd etməliyik ki, həmin ərazidə digər dərman, aqro qulluq vasitələri şirkətləri, suvarma sistemləri üçün də açıq sərgi rolunu oynayacaq əkinlər salınacaq ki, hər şirkət öz məhsulunu açıq tarla şəraitində nümayiş etdirə bilsin.






