Logo

Millət vəkili sakinlərlə növbəti dəfə görüşdü

Millət vəkili sakinlərlə növbəti dəfə görüşdü
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bu gün Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatının qərargahında millət vəkili Elnur Allahverdiyevin seçicilərlə növbəti görüşü baş tutub.

Sfera.az xəbər verir ki, deputat görüş zamanı müraciətləri dinləyib, problemlərlə maraqlanıb. Bu barədə millət vəkili sosial şəbəkə hesabında yazıb. Qeyd edib ki, görüşün əsas mövzusu isə məşğulluq müraciətləri olub:

"Təbii ki, işsizliyi doğuran müxtəlif obyektiv səbəblər var. Ancaq fikrimcə, ixtisası dəyişmə, yaxud təkmilləşmə məşğulluq probleminin bir qisminin həlli ola bilər".

O qeyd edib ki, qəbul zamanı Vətən müharibəsi iştirakçıları ilə daha bir görüşü baş tutub. 6 nəfər könüllü ilə yaxından tanış olmaq imkanı qazanıb. Sabah onlardan ikisi Yasamal Rayon İcra Hakimiyyətində medallarla təltif olunacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR