İsmayıllıda vətəndaş qəbulları davam edir
Kateqoriya məlum deyil
İsmayıllı rayonunda 21.09.2021-ci il tarixində növbəti dəfə vətəndaş qəbulu keçirilib.
Rayon İcra Hakimiyyətindən Sfera.az-a verilən məlumata görə, qəbul pandemiya qaydalarına uyğun təşkil olunub. Rayon rəhbəri sakinlərin müraciətlərini dinləyib, onların problemlərinin həlli istiqamətində aidiyyəti şəxslərə tapşırıqlar verib.
Qəbulda əsasən şəhid ailələrinin üzvləri, vətən müharibəsi iştirakçıları iştirak ediblər. Bundan sonra da onların qayğılarının daim diqqətdə saxlanılacağı qeyd olunub.






