Röya Rəfiyeva Almaniyadan deportasiya edilir
Bir neçə il öncə Azərbaycandan Almaniyaya mühacirət etmiş azərbaycanlı jurnalist Röya Rəfiyeva deportasiya təhlükəsi ilə üz-üzə qalıb.
Sfera.az bildirir ki, bu barədə jurnalist özü məlumat verib.
Onun sözlərinə görə, səbəb kimi Almaniyada onlara yaşayış izninin verilməməsi qeyd edilib.
"Əlimdə deportu saxlatmaq üçün güclü, ciddi həkim rəyi var, amma ona baxmırlar. Kiçik uşağın atası Əfqanıstan vətəndaşıdır, qanunla uşaq heç bir ölkəyə deport oluna bilməz. Həmçinin uşağın uçuş etməsi üçün mütləq atanın icazəsi olmalıdır, bunu da sayan yoxdur”, deyə Rəfiyeva əlavə edib.
Xatırladaq ki, ötən gün axşam saatlarında 20-ə yaxın Azərbaycan vətəndaşı Almaniyanın müxtəlif şəhərlərindən Düsseldorf hava limanına gətirilib. Bu gün daha bir qrup Azərbaycan vətəndaşının Almaniyadan deportasiyası gözlənilir. Deportasiya prosesi Almaniya vaxtı ilə saat 12.00-da nəzərdə tutulub.
Türkan
Sfera.az






