Paytaxtda partlayış yanğına səbəb oldu - FOTO/VİDEO
Kateqoriya məlum deyil
Bakı şəhəri Xətai rayonu, Həzi Aslanov qəsəbəsi, İlham Məmmədov küçəsində yanğın baş verib.
Sfera.az xəbər verir ki, hadisə həyət evlərindən birində su qızdırıcısının ("kolonka") partlaması nəticəsində baş verib.
Yanğın əraziyə gələn Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən dərhal söndürülüb. Yanğının baş verdiyi həyətə zərər dəysə də, ətraf ərazilərə keçməsinin qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmayıb.
Turan Rzayev
Sfera.az






