Logo

Kanadanın baş nazirinə daşla hücum etdilər - FOTO

Kanadanın baş nazirinə daşla hücum etdilər - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Kanadanın baş naziri Castin Trüdo bir sıra etirazçının qəzəbinə tuş gəlib.

Sfera.az bildirir ki, seçkiqabağı tədbirlərin birində baş nazirə daşla hücum edilib. Hadisə Ontario əyalətinin London şəhərində baş verib.

Belə ki, Trüdo avtobusa əyləşərkən ona çınqıla bənzər daşlar atılıb. Atılan daşların bir qismi baş nazirə, digər bir qismi isə mühafizəçilərə dəyib. Ardınca nazir mühafizəçilərin köməyi ilə hadisə yerindən ayrılıb.

Bu barədə jurnalistlərə açıqlama verən baş nazir vəziyyətinin yaxşı olduğunu deyib.

Castin Trüdo bundan əvvəl də Bolton şəhərində ciddi etirazlarla qarşılaşmış və buna görə də seçkiqabağı tədbiri ləğv etmək məcburiyyətində qalmışdı.

Qeyd edək ki, Kanadada 20 sentyabrda vaxtından öncə parlament seçkiləri keçirilməlidir.

Günay Rəsulqızı

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR