Logo

Sərxoş sürücü qəza törətdi, ölən və yaralananlar var - FOTOLAR

Sərxoş sürücü qəza törətdi, ölən və yaralananlar var - FOTOLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Cəlilabad rayonu ərazisində bir nəfərin ölümü, iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sfera.azxəbər verir ki, ötən gün saat 23:00 radələrində Masallı rayon sakini 2000-ci il təvəllüdlü Bayramov Rüfət Fayıq oğlu idarə etdiyi "Mercedes-Benz 230” markalı, 44-CF-650 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Cəlilabad rayonu, Göytəpə şəhəri ərazisində hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yolun kənarındakı divara çırpılıb.

Qəza nəticəsində R.Bayramovla yanaşı, avtomobildə olan sərnişinlər - Masallı rayon sakinləri 2003-cü il təvəllüdlü Qasımov Xəlil İsaq oğlu və Ağazadə Əli Əlizamin oğlu xəstəxanaya yerləşdirilib, lakin Ə.Ağazadənin həyatını xilas etmək mümkün olmayıb.

Məlum olub ki, avtomobili idarə edən şəxsin sürücülük hüququ yoxdur və ilkin ehtimala görə o, hadisə vaxtı sərxoş vəziyyətdə olub. Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR