Logo

Zakir Həsənov “Üç qardaş - 2021” təliminə hazırlıq işləri ilə tanış oldu - FOTOLAR

Zakir Həsənov “Üç qardaş - 2021” təliminə hazırlıq işləri ilə tanış oldu - FOTOLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Sentyabrın 6-da Müdafiə Nazirliyinin rəhbərliyi Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə baş tutacaq "Üç qardaş - 2021” beynəlxalq təliminin keçiriləcəyi ərazi ilə tanış olub.

Bu barədə Sfera.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə nazirinə təlimə hazırlıq prosesi və digər təşkilati məsələlərlə bağlı məruzə edilib.

Təlimin yüksək səviyyədə təşkili və keçirilməsi üçün müvafiq göstərişlər verilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR