Logo

Narçı fermerlərin iclası keçirildi - FOTOLAR

Narçı fermerlərin iclası keçirildi - FOTOLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Göyçayda "Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası"nınVII yığıncağı keçirilib.

Sfera.az xəbər verir ki, iclasın əsas məqsədi Assosiasiyanın strukturunda yeni dəyişikliyin edilməsi, narçı fermerlərin problem və təkliflərinin öyrənilməsi olub.

Görüşün nəticəsi olaraq Assosiasiyanın 5 nəfərdən ibarət idarə heyəti və ümumi yığıncağın qərarına əsasən növbəti 4 ilə İdarə Heyətinin sədri Fərhad Qaraşov seçilib.

İdarə heyətinin üzvləri isə AzNar MMC-nin icraçı direktoru Teymur Əhmədov, Red Valley MMC-nin təsisçisi Rəşad Şirinov, G5 AGRO MMC-nin direktoru Şirvan Əhmədov və MARS-FK LTD MMM-nin direktoru Seymur Cəbrayılov seçiliblər.

Görüşün ikinci panelində Kənd Təsərrüfətı Nazirliyinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Göyçay rayon İcra Hakimiyyətinin və Göyçay rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin nümayəndələri narçı fermerlərin problem və təkliflərini dinləyib, suallar cavablandırılıb və digər məsələlər yerində qeydə alınıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR