Logo

Hərbi pilotlarımız tanıma uçuşları keçirdi - FOTO

Hərbi pilotlarımız tanıma uçuşları keçirdi - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"TURAZ Şahini-2021" birgə taktiki-uçuş təlimləri davam edir.

Müdafiə Nazirliyindən Sfera.az-a verilən məlumata görə, təlimlərin planına əsasən Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin pilotları ətrafı tanıma uçuşlarını icra ediblər.

Uçuşlardan əvvəl təyyarəçilər üçün brifinq təşkil olunub, hava şəraiti və digər texniki məsələlər müzakirə edilib. Təhlükəsizlik qaydaları çatdırılıb.

Sonra türkiyəli pilotlar F-16 qırıcı təyyarələrində, azərbaycanlı hərbi təyyarəçilər isə Miq-29 və Su-25 təyyarələrində uçuşlar keçiriblər.

Təlimlər davam edir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR