Logo

Ancelina Coli ilk dəfə "Instagram"da hesab açdı - Əfqan qızın məktubunu paylaşdı

Ancelina Coli ilk dəfə "Instagram"da hesab açdı - Əfqan qızın məktubunu paylaşdı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Hollivud ulduzu, aktrisa Ancelina Coli ”Taliban”nın Əfqanıstanda hakimiyyəti ələ keçirməsi ilə bağlı paylaşım edib.

Sfera.az bildirir ki, aktrisa məhz bunun üçün ilk dəfə "İnstagram”da hesab açıb. Əfqan bir qızın ona yazdığı məktubu izləyiciləri ilə bölüşən Coli əfqan qaçqınlarının yük kimi görülməsini "ürəkbulandıran” adlandırıb.

Qısa müddətdə 4,5 milyon izləyici toplayan ulduz həmçinin bu fikirləri də qeyd edib:

"Hazırda Əfqanıstan xalqı sosial mediada əlaqə qurmaq və özlərini sərbəst ifadə etmək haqlarını itirirlər. Bu səbəbdən dünyanın hər yerində insan haqları üçün mübarizə aparanların hekayələrini və səslərini paylaşmaq üçün "Instagram"a gəldim. 11 sentyabrdan iki həftə əvvəl Əfqanıstan sərhədində idim və burada "Taliban”dan qaçan əfqan qaçqınları ilə qarşılaşdım. Bu, 21 il əvvəl idi. Əfqanların ölkələrini əhatə edən qorxuya görə yurdlarından uzaqlaşmalarını yenidən izləmək ürək bulandırır”.

Coli həmçinin bundan sonra da əfqanlara kömək etmək yolunu axtaracağını deyib və hər kəsi ona qoşulmağa səsləyib.

Türkan

Günay

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR